İlqarından dönən olsun erməni:))

Dec 07, 2012 11:43

Heç demə, XV-XVI əsrdə belə "erməni" sözü söyüş anlamında işlənirmiş:)

Deyiləm

İxtiyar sənindir, vəfalı dilbər,
Mən sənin xətrinə dəyən deyiləm,
Səbəb nədi, məndən kənar gəzirsən,
Sirr sözün yadlara deyən deyiləm.

Hər gecə vayğamda görürəm səni,
Sən Allah, sən Tanrı, sən də gör məni,
İlqarından dönən olsun erməni,
Mən ki ilqarımdan dönən deyiləm.

Qurbani ( Read more... )

maraqlı, şeir

Leave a comment

Comments 6

dipifr1968 December 7 2012, 09:55:44 UTC
Maraqlıdır.Bəzi qədim şeirlərdə fars ərəb sözlər çodur,anlamaq çətindir,bəzilərdə azdır.Niyə belə?

Reply

passat33 December 7 2012, 10:12:12 UTC
bu, şeirin janrı ilə bağlıdır. məsələn, qəzəl, qəsidə və s. şeir növləri əruz vəzninin tələblərinə cavab verməli idi ki, orada da istər-istəməz ərəb və fars sözlərindən istifadə etmək zəruri idi. amma qoşma, gəraylı, təcnis və s. aşıq və folklor yaradıcılığı nümunələri heca vəznində olduğundan, hansı ki, bu vəzn türk dilləri üçün xarakterikdir, burada ərəb və fars sözlərinə elə də ehtiyac qalmır:)

Reply

dipifr1968 December 7 2012, 10:45:58 UTC
Çox sağ olun cavaba görə.Məsləhət görərdim bu barədə ayrıca bir post yazasınız və orada misalları göstərəsiniz.Perepost etməyə hazıram.Mövzu çox maraqlıdır.)

Reply

passat33 December 7 2012, 10:56:29 UTC
təşəkkür edirəm. dediyiniz kimi, ayrıca post yazmağa gəlincə, əruz vəzni ədəbiyyat nəzəriyyəsinin ən qəliz sahələrindən biridir. heç ədəbiyyatşünaslar onu düz-əməlli bilmirlər, o ki qaldı mən:) amma nümunələr vermək olar:)

Reply


Leave a comment

Up