Heç demə, XV-XVI əsrdə belə "erməni" sözü söyüş anlamında işlənirmiş:)
Deyiləm
İxtiyar sənindir, vəfalı dilbər,
Mən sənin xətrinə dəyən deyiləm,
Səbəb nədi, məndən kənar gəzirsən,
Sirr sözün yadlara deyən deyiləm.
Hər gecə vayğamda görürəm səni,
Sən Allah, sən Tanrı, sən də gör məni,
İlqarından dönən olsun erməni,
Mən ki ilqarımdan dönən deyiləm.
Qurbani der, gülü tutasan dəstə,
Dəribən verəsən, vəfalı dosta,
Üzümü qoysam da üzünün üstə,
Qorxma, incitmərəm, yeyən deyiləm.
Aşıq Qurbani P.S. Şeirin yazılmasından 500 ildən artıq vaxt keçməsinə baxmayaraq, anlaşımayan bir söz belə yoxdur. Elə bil bu gün yazılıb. Dilin öz saflığını qoruyub saxlamasına əla nümunədir...