Pafosun uğultusu nəyi eşitməyə imkan vermir?

Jan 17, 2019 12:28

Çoxlarının diqqətdən qaçırdığı, nisbi olan, amma yenə də həqiqət olan bir şey xalqın seçkiyə münasibətdə başqa bir rasionallığıdır.

“Xalqın iradəsi” siyasətçilərə uzun illərdir təxminən bunu deyir:
  • "Məni seçkiyə cəlb elə, səsimi qazan, sonra da elə et ki, səsimi oğrudan qoruyum. Yox, bunları bacarmırsansa, onda sən ağlağan, şikayətbaz birisisən, sənə dövlət tapşırmaq olmaz. Dünya sərtdir - əgər sən öz siyasətinlə seçki pozuntusu kimi sadə bir şeyi üstələyə bilmirsənsə, onda millətimizə qarşı beynəlxalq hiylə və təcavüzlərin qarşısını necə alacaqsan? Kimə ağlayacaqsan? Dünya ictimaiyyətinə? Get burdan.”
Xalq bunu “deyərkən” haqlıdırmı? Həm haqlıdır, həm də yox. Amma onun haqlı tərəfini indiyədək heç kim nəzərə almayıb, çünki siyasətə baxışda fəlsəfi dərinliyi aldadıcı pafos əvəz edib.

az

Previous post Next post
Up