İxtisar islahat deyil

Jan 16, 2019 00:02


Əgər Siz 11 il orta məktəbdə oxumusunuzsa, bu şəkildən qorxmayın, çətin bir şey yoxdur.

Xatırlayırsınızsa, 2013`cü ildə İlham Əliyev özü başda olmaqla dövlətin təbliğat maşını fəxrlə bəyan edirdi ki, Azərbaycan Güney Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir?

Doğrudan da, qrafikin göy daşları Azərbaycandır və o, bir ara elə bil Ermənistanı və Gürcüstanı öz ağırlığı altında sıxıb əzmiş kimi görünürdü.

Bakıda bir arxayınçılıq vardı!

Lakin möcüzə baş vermədi. İlham Əliyev Azərbaycanı 2003`də atasından necə 52 faiz səviyyəsində qəbul etmişdisə, birazdan elə o nisbətə qədər də "yüngül"ləşdirəcək.

Adam, iqtisadiyyatı anladığını pulun bol olan vaxtı göstərməli idi. Göstərə bilmədi. O vaxt bədxərcliyi artım kimi tərifləyirdi, indi isə, neft pulu azalandan sonra, ixtisarları - islahat kimi. Amma ixtisar islahat deyil.



az

Previous post Next post
Up