Siyasət və təbliğat arasında seçəndə

Jan 24, 2019 23:00


Seçicimizlə hamıdan səmimi davranaraq, ikinci mitinqə münasibətimizi hələ dünən bildirdik. Qeyri-səmimi olsaydıq, 24 saat da gözləyib bu gün şikayətlənərdik: “Ah, mitinqə gedirmişdik, amma hakimiyyət İlqarın çıxışından qorxdu və mitinqi qadağan elədi”. Bu bizə yaraşardımı? Yox.

İstəyirsiniz başqalarının üslubunda ayrı bir lovğalıq da edim? Buyurun: “Bizsiz mitinq özünün həmişəki ölçülərinə qayıda bilərdi. Odur ki, REAL`a ictimai dəstəyin belə əyani sübutu ilə üzləşməməkdən ötrü hakimiyyət ikinci mitinqi qadağan etdi.”

Amma biz siyasətimizi bu növdə təbliğatın üstündə qura bilmərik.

Mitinqdən heç də buna görə imtina etməmişdik. Qərarımızda göstərdiyimiz kimi, siyasi məhbuslarla bağlı deyiləsi yeni sözümüz yoxdur, 19 yanvar mitinqində hamısını səsləndirdik. İndi növbə hakimiyyətindir - ənənəvi əfv ya da digər hüquqi alətlər vasitəsilə onları buraxsın. Bu məqsədə çatmaq üçün, çeşidli digər fəaliyyət növlərindən də istifadəni davam etdirəcəyik. İndi hakimiyyət addım atmalıdır. Siyasət belə olur.

Mitinqə bir də haçan çıxaq - bunu mən sizə deyəcəm.

az

Previous post Next post
Up