sionistlərin yetirməsi:))))

Nov 30, 2011 10:31

İran Hüquq Mühafizə Qüvvələri komandanının canişini Əhmədrza Radan: “Ərdoğan sionistlərin yetirməsidir. Sionistlər Ərdoğana  təlim veriblər ki, üzdəniraq qatı bir müsəlman kimi onların qarşısında dayansın. Onlar həmin Ərdoğanı qatı bir müsəlman və sionistlərin qatı düşməni kimi Misirə göndərdilər ki, bu ölkə xalqını dünyəvi bir hakimiyyət qurmağa dəvət etsin və bununla da onların sifarişini yerinə yetirsin”.

Bu İran mollaları heç dinc dayanmırlar. Bütün istiqamətlərdə "hücum"a keçiblər. Dünən mollalar Böyük Britaniyanın səfirliyinə hücum edib bayrağını yandırıblar, yerinə isə İran bayrağı sancıblar. Zırt. Artıq uzun müddətdir ki, ayətullanlar ölkəmizə qarşı ağıllarına və ağızlarına gələni fitva formasında piləyirlər üzü şimla doğru. Belə görünür ki, öyrəncəli olmuşuq artıq. 2 gün öncə isə raketlərinin ağzını çeviriblər üzü Türkiyə istiqmətinə ki, NATO-nun orada quraşdıracağı RƏM sistemlərini vuracağıq. Ərdoğana qarşı bu bəyanat da o bir tərəfdən "zövq oxşayır". Bir sözlə, keçinin başı qaşınanda buynuzunu çobanın çomağına sürtər...

Ya Bəşər Əsəd, sən özün İrana kömək ol:)))

iran, debillər seriyasından, Erdoğan

Previous post Next post
Up