Leave a comment

Comments 7

o55 April 13 2011, 12:50:48 UTC
Araşdıra bilmədim. Bu sənəddə nəyə eyham edilir? Və ...?

Reply

passat33 April 13 2011, 13:02:06 UTC
Bu sənəddə statistik rəqəmlərlə göstərilir ki, Laçın, Kəlbəcər və Naxçıvan Muxtar Respulblikasının Ermənistanla sərhəd rayonlarında 30-cu illərin əvvəllərində yaşayan əhalinin etnik tərkibi araşdırılıb rəsmi şəkildə Moskvaya məruzə edilmişdi. Və həmin illərdə bəzi qüvvələr iddia edirdi ki, sənəddə adıçəkilən ərazilərdə kompakt şəkildə kürdlər yaşadığından, onlar üçün burada Kürdüstan uyezdi yaradılsın. Bunun üçün Moskvadan komissiya gəlir, məsələni araşdırır və oratlığa bu sənədi hazırlayıb qoyurlar. Və məlum olur ki, deyilənlər tamamilə cəfəngiyyatdır, burada yaşayan əhalinin tam əksəriyyətini türklər (o illərdə hələ azərbaycanlı adlanmırdıq) təşkil edir. Siz sənəddəki cədvəllərə diqqətlə fikir versəniz özünüz də bunu görəcəksiniz.
Məhz bu sənədin ortaya çıxmasından sonra uyezd yaratmaq planından vaz keçirlər...

Reply

uyezd yaratmaq planından vaz keçirlər... spectat April 13 2011, 13:32:56 UTC
Tarix bir qədər fərqlidir.

1923-cü ildə bu uyezd yaradılmışdı, başçısı Hüsi Hacıyev idi, 1929-cu ildə SSRİ-də bütün uyezdlər ləğv edildi və yeni inzibati vahidlər -- dairələr (okruq) yaradıldı. Azərbaycanda 13 uyezd əvəzinə 8 dairə yaradıldı, onların arasında artıq Kürdüstan yox idi, keçmiş uyezdin ərazisi Qarabağ dairəsinə daxil edildi. Lakin bir qədər sonra, 1930-cu ildə Kürdüstan dairəsi yaradıldı, onun tərkibinə uyezddə olan ərazilərdən əlavə Zəngilan və Cəbrailin bir hissəsi daxil edildi. Bu qurumun ömrü uzun olmadı, bir neçə aydan sonra, elə həmin 1930-cu ildə SSRİ-də bütün dairələr ləğv edildi, indiyə qədər mövcud olan rayon vahidi tətbiq olunmağa başladı.

Reply

Re: uyezd yaratmaq planından vaz keçirlər... passat33 April 13 2011, 13:37:50 UTC
Razıyam. Ola bilsin fikrimi düzgün ifadə etməmişəm. Amma Kürdüstan adlı uyezdi yaratmaq planı sadəcə ərazi-inzibati vahidindən yox, DQMV kimi bir qurum yaratmaqdan gedirdi. Yəni məsələyə yanaşmadan söhbət gedir.

Reply


burla_xatun April 16 2011, 18:53:55 UTC
Bilgilərə görə çox sağ olun.

Reply

passat33 April 17 2011, 06:46:09 UTC
:)

Reply


Leave a comment

Up