Leave a comment

Comments 5

spectat February 17 2011, 15:29:57 UTC
təsəvvür edə bilərsənmi ki, bizimki erməni müsiqisi barədə buna oxşar söz desin?

Reply

passat33 February 17 2011, 18:42:52 UTC
Qəliz sualdır.

Reply

passat33 February 17 2011, 19:02:54 UTC
Mən erməniləri yaxından tanımıram. Yəni onlar haqqında təsəvvürlərim ancaq oxuduqlarımla, mətbuatda gedən məlumatlarla məhdudlaşır. Hətta bu vaxta kimi heç bir erməni ilə bu və ya digər şəkildə ünsiyyətim olmayıb.)) Ona görə onlar haqqında dövlət siyasətindən kənar heç bir şey deyə bilmərəm:)))
Amma mənə elə gəlir ki, biz bir xalq kimi onlara çox bənzəyirik. Eyni cılız komplekslərdən hər iki xalq əziyyət çəkir. Təsəvvür edin ki, gənc erməni bəstəkarı belə cəsarətli fikirləri mətbuat konfransında söyləyir. Açığı bu cür cəsarətli adamalrın hər iki cəmiyyətdə olması çox zəruridir. Təəssüf ki, bizdə bu cür fikir söyləyən adam çətin olsun. O dəqiqə onun bütün nəslini erməni çıxararlar.))

P.S. Deyəsən, onlar da bizim kimi şou-biznesin əlindən qan ağlayırlar:)

Reply

Allah sənə rəhmət eləsin,Puşkin o55 February 18 2011, 06:32:49 UTC
Mən isə yaxşı tanıyıram.Hər cür erməniyə rast gəlmişəm. Bakı,Qarabağ,Tbilisi ,Yerevan,Rusiya və hətta Polşa ermənisi ilə də ünsiyyətdə olmuşam. Onları bir cümlə ilə xarakterizə etmək olsaydı, Puşkini təkrarlamalı olardıq. Onlar, kimliyindən asılı olmayaraq, xoşlarına gələn hər şeyi özününküləşdirməyə çalışırlar. Hələ "Qardaş olub Hayastan-Azərbaycan" vaxtlarında da, utanmadan Azərbaycan musiqisini öz musiqiləri kimi təqdim edirdilər. Bir dəfə, Yerevanda olanda, Yerevan televiziyasında erməni xalq mahnısı kimi təqdim olunan musiqini verirdilər. Ü.Hacıbəyovun "Arşın mal alan" operettasından Asiyanın ariyası idi. Ordakılara bunu deyəndə, utanmadan Ü.Hacıbəyovun erməni xalq mahnısından yaralandığını sübut etməyə girişmişdilər.(Müsahiblərimin heç birinin musiqi savadı yox idi)Bir dəfə radioda eşitdiyim və Niyazinin özü danışdığı xatirələrində, göstərdiyiniz yazıda adı çəkilən A.Xaçaturyanın "Spartak" baletində, qılınclarla rəqs səhnəsini, Ü.Hacıbəyovun məsləhəti ilə yazıldığını söyləyirdı. O vaxtlar Azərbaycan radiosunun hər bazar günü ( ... )

Reply


Leave a comment

Up