May 31, 2010 11:54
Türkiyənin baş naziri Erdoğan, Brazilya'dan ayrılmasına saatlar qalmış, erməni lobisinin basqısıyla Buenos Aires'dəki Atatürk anıtı açılışının programdan çıxarılması səbəbiylə Argentina səfərini "cansel" (iptal) edib.
Artıq Türkiyə və dünya mediasında bu haqda kifayət qədər informasyalar və təhlillər verilməkdədir. Əslində çox sadə və cındır bir hadisə baş verib. Əvvəl səfər proqramı tərtib olunub, sonra da cılız bir arqumentlə səfər proqramına dəyişiklik edilib. Haqlı olaraq da Erdoğan Argentinanın bu cındırlığına "sikdir!" komandası verib. Hətta Argentina prezidentinin dəfələrlə zəng vuraraq Erdoğanı fikrindən daşındırmaq cəhdi də bir nəticə verməyib.
Bu hadisədən o anlaşılmasın ki, bunu Erdoğan Atatürkə olan sevgisindən qaynaqlandığı üçün edib. Qətiyyən yox. Yeri gəlsə, Erdoğan Atatürkü heç sevmir də. Bunu onun bütün jestlərindən açıq aydın hiss etmək olur. Heç bu sahədə artistlik də etmir. Bəs nə baş verir? Niyə belə addım atıb? Sadəcə adam özünə və dövlətinə hörmət qoyur. Bu, lider üçün çox vacib şərtdir. Başqalarını da məcbur edir ki, ona və dövlətinə hörmət qoysunlar. Bəli, Erdoğan Atatürkü sevmir, amma müasir Türkiyə dövlətinin qurucusu kimi ona hörmət və ehtiramını bildirməyi şüurlu şəkildə özünə borc bilir. Bu çox mühüm amildir. O, Türkiyədə bunu dərk edən çox az sayda şəxslərdən biridir. Sizləri inandırıram ki, bu hadisədə Erdoğan`ın yerində Baykal, yaxud digər CHP-li, MHP-li bir şəxs olsaydı, qətiyyən səfəri "cansel" etməzdi. Belə yerdə onların gözünə Atatürk yox, Argentinanın yaraşıqlı xanım prezidenti Kirchner`in dalını necə sığallamaq görünəcəkdi. Çünki bunlar üçün Atatürk həmişə blef olub: Bu adamlar üçün bütün qəhbəlik və oğraşlıqlardan çıxmağa Atatürkün şəklinin altından yaxşı məkan təsəvvür edirsinizmi? Bu sözlər Atatürkçü generallara da aiddir. Necə ki kommunistlər Leninin şəklinin və heykəllərinin altında bütün poxları yeyirdilər.
Adlarını solçu qoyub Nazim Hikməti vətənindən didərgin salan, Əziz Nesini çərlədib öldürən həmin CHP-lilər deyildimi? Amma bəyənmədikləri, mühafizəkar sağ qanadı təmsil edən Erdoğan yeri gələndə Nazim Hikmətdən şeirlər söyləyir, Əziz Nesindən iqtibaslar gətirir.
Bəli dostlar, Erdoğan səmimi liderdir. O, etdiyi hərəkətlərində artistlik etmir. Rəqiblərinə də daim bunu izah etməyə çalışır ki, adınızı solçu, millətçi qoyub, qəhbəlik etməyin. Bu sözlər bizdəkilərə də aiddir.
Səmimi olun, yalandan solçu, sağçı, millətçi, vətənpərvər kimi görünməyə çalışmayın! Onsuz da nə zibil olduğunuz məlumdur.
P.S. Bu ölkədə özünü səmimi aparan bir Kür var idi, onun də fısı belə yatdı deyəsən. Yəqin onun da ağzına nəsə atıblar, indi səsi də çıxmır.
Erdoğan,
KİV,
Türkiyə