Çaxır iyli hava:)

Apr 24, 2010 13:44

Bu gün səhər yuxudan duranda həyətdə havanın qəribə ətrini duydum. İy nəsə mənə çox doğma gəldi. Havadan kəmşirin çaxırın iyi gəlirdi. Gülməlidir, hə? Amma yox! İnanın ki, bu şəhərin səthini belə müqəddəs ətir öz ağuşuna almır hər deyəndə.
Yəqin küləklər itələyib gətirmişdi haradansa. Necə gətirmişdilərsə, elə də apardılar - rəhmsiz küləklər. Çünki bu iy çox ani oldu.

P.S. Yeri gəlmişkən, bu gün əla vurmalı havadır:)

mırt

Previous post Next post
Up