Satqınlığın beş Azərbaycansayağı populyar versiyası
BIR: “Bu hakimiyyətin siyasətini bəyənmirəm, amma müxalifətə də inamım yoxdur”;
IKI: “Ümummilli məsələlərdə iqtidar-müxalifət ayrı-seçkiliyi olmamalıdır”;
ÜÇ: “Öz ölkəmin diktatorunu başqa ölkənin demokratının ayağına vermərəm”;
DÖRD: “Hakimiyyətin siyasi kursu ilə hesablaşırıq, amma razılaşmırıq”;
BEŞ: “Iqtidarı tənqid etmək asandır, əsas məsələ problemlərin həlli üçün yollar təklif etməkdir”.
“Qalatasaray”lı olmağımın üç səbəbi
BIR: Ilk dəfə “biz Atatürk dəyərlərinə bağlıyıq, kimsənin dini layiq cameəmizin içinə soxmasına imkan vermərik” deyə bağıran bir türk klubu olduğu üçün…
IKI: Başından bəri “kimsənin futbolu siyasətin bir parçasına çevirməyə haqqı yoxdur, çünki futbol siyasətin ta özüdür” deyə Türkiyədə dünyəvi dəyərlərin idmanda ən böyük səsi olmağı bacardığı üçün…
ÜÇ: Insanlara “Top ayaqla oynanır, ürəklə oynayınca isə futbol olur” fəlsəfəsini anlatdığı və qəbul etdirdiyi üçün!
Elnur Astanbəyli
Daha ətraflı:
http://azadliq.az/?p=55108 P.S. Yuxarıdakı 5 şərti ödəyən istənilən adam rahat saatı 1 manata paylaya bilər.