İŞİD əsl islamdırmı?

Dec 18, 2014 18:41


Ley-pey Qəmbər: "İŞİD əsir götürdüyü və onlarla cinsi əlaqədə olmaq istəməyən 150 qadın haqqında edam hökmü verib. Gəlin “əsl İslam bu deyil”, yaxud, “əsl İslam elə budu” deməzdən əvvəl görək İslamın tək kitabı Quranda cariyələr və onların hüquqları barədə nə deyilir?
İslamda cariyə həm də hərbi qənimətlər sırasındadı. Yəni döyüşdə ələ keçirilən, əsir götürülən qadınlar cariyə sayılır. Qullarla eyni statusu daşıyırlar. Sahibi onlar haqqında istənilən qərarı verməkdə haqlıdı. Ən-Nur (Nur) surəsi 32-ci ayəyə görə müsəlman öz qulları ilə birlikdə, cariyələrini də ərə vermək hüququna malikdi.
Əl-Məaric (Dərəcələr) surəsində insanları zinadan çəkinməyə səsləyən Allah 30-cu ayədə müsəlmanlara həyat yoldaşları və cariyələrlə cinsi əlaqəyə görə qətiyyən sorğulanmayacaqları müjdəsini verir. Yəni ki, cariyələrlə cinsi əlaqə də həyat yoldaşlarıyla oluğu kimi zina sayılmaz, əksinə halal buyurulub.
Eyni mahiyyətli sözlər Əl-Muminun (Möminlər) surəsi, 1-6-cı ayələrdə də təkrarlanıb: Möminlər, o kəslərdi ki, namazlarında mütidirlər, o kəslərdir ki, sözbazlıqdan qaçırlar, o kəslərdir ki, zəkat verirlər, o kəslərdir ki, öz cinsi orqanlarını zinadan qoruyurlar. Zövcələri və sahib olduqları cariyələrlə əlaqə zina sayılmaz. Onlar buna görə heç qınanmazlar.
Ən-Nisa (Qadınlar) surəsi, 24-cü ayə: Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq sizə haram edildi. Allahın sizə buyurduğu hökm belədir.
Yəni ki, cariyələr istisnadı. Onlar halaldı...
Və nəhayət...
Əl-Əhzab surəsi, 50-ci ayədə deyilir: Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik.
Fikrim insanların inanclarını zədələmək deyil. Gördüyünüz kimi, yalnız Qurandan sitatlar gətirmişəm. İndi özünüz qərar verin: İŞİD haqlıdırmı, əsl İslama görə hərəkət edirlərmi, İŞİD əsl islamdırmı?"

mövqe, din, facebook

Previous post Next post
Up