Ərdoğana baxanda Putinə şükür:)

Dec 17, 2014 13:23

Əvvəlcə, Gülənə yaxın maliyyə, media və ədliyyə qurumlarının dəstəyi ilə ən qorxulu rəqib olan ordu sıradan çıxarılır. Artıq meydanda daha da güclənmiş Ərdoğan və saman altdan su yeridən, heç də ordudan az qorxulu olmayan Gülən hərəkatı var.

Bu gün ildönümü olan 17 dekabr rüşvət qalmaqalı Ərdoğan tərəfindən oynanılmış çox uğurlu gedişə bənzəyir. Çünki hətta hakimi-mütləq olan Osmanlı sultanlarını belə taxtdan salıb yerinə oyuncaq sultanlar oturdan, TC-nin neçə-neçə hökumətini devirməyi bacaran ordunu uf demədən aşıran Gülənin gücünə Ərdoğanın seyrçi qalması qeyri-mümküm idi. Yəni pazı pazla çıxartmaq siyasəti işə düşür. Ordunu hökuməti devirməyə təşəbbüsdə ittiham edənləri bu ilin 14 dekabrında Ərdoğan eyni ittihamla tutub içəri basdırdı. Əslində oyun belə qurulur: Ərdoğana Gülənlə körpüləri yandırmaq üçün yaxşı bir bəhanə lazım idi. Çünki onun istifadə müddəti başa çatmışdı. Bunun üçün ən yaxşı fürsət tarixin sınağından dəfələrlə üzüağ çıxmış xəyanət ittihamını gerçəkləşdirməkdən doğru nə ola bilərdi? Zatən ağılları Ərdoğan qədər siyasi hesablamalara çatmayan Gülənçilər 17 dekabrda tora düşdülər. Çox bilən quş dimdiyindən tora düşdüyü kimi. Gülən tərəfdarları hələ də elə bilir ki, 17 dekabr rüşvət əməliyyatından Ərdoğanın xəbəri olmayıb. Adamlar necə də "saf" və sadəlövh imiş:) Din tüccarları bu ağıllarıynan gəlib Ərdoğana meydan oxumaq istəyirdilər:)

Artıq Ərdoğanın qarşısında heç zəif rəqib də qalmayıb. Hazırda "Balyoz" davasında bir çox sənədlərin Gülənin adamları tərəfindən saxtalaşdırılması faktlar ortaya çıxır. Məlum olur ki, yüksəkrütbəli hərbçilərin əksəriyyəti məhz həmin saxta sənədlərin əsasında həbsə atılıbmış. Ərdoğan bu faktdan da məharətlə istifadə edir. Dolayısı yolla həmişə orduya sevgisi olan xalqa təlqin edir ki, əslində türk ordusuna böhtan atanlar bunlar imiş. Bizlik bir şey yoxdur. Bir sözlə, adam ilanı seyid əhməd əli ilə tutmağı bacarır.

Nəhayət, Ərdoğanı dindən siyasi alət kimi isitfadə etməkdə ittiham edənləri heç cürə anlaya bilmirəm. Bəs din nə üçünüdür? Din yarandığı vaxtdan ta günümüzə qədər siyasət üçün isitsmar vasitəsi olduğunu tarix dəfələrlə sübut etməyibmi? Bəlkə Vatikan dövlətinin rəhbəri dindar deyil? Yoxsa İsrail knessetində ateistlər meydan sulayır? Dünyanın ən qatı ateisti Stalin belə dindən öz siyasi məqsələri üçün istifadə edibsə, Ərdoğan niyə istifadə etməsin? Hamıya olar, Ərdoğana yox?

P.S. Artıq Ərdoğan özünü tam qalib kimi hiss edir. Tükiyəni dünyanın 17-ci iqtisadi gücü edən edən şəxs AB-yə "sikdir" komandasını da verdi:) Artıq AB-də çoxları "buna baxanda Putinə şükür" deyir:)

Erdoğan, Türkiyə

Previous post Next post
Up