rəqabət mühiti

Oct 03, 2014 16:52


Danışıq qiymətlərinin bahalığı ucbatından artıq 5 aydır ki, mobil nömrələrin daşınması xidmətindən yararlanaraq Azercell`dən NarMobile`a keçmişəm. 2 ay əvvəl Azercell`dən zəng vurub onların ximətindən imtina etməyimin səbəbi ilə maraqlandılar. Mən də yuxarıda qeyd etdiyim səbəbi onların diqqətinə çatdırdım və onu da dedim ki, siz müştərilərə xidmət əvəzinə soyğunçuluqla məşğulsunuz...

Bayaq yenə Azercell`dən zəng vurub könlümü almağa çalışdılar. Dedilər ki, hər şeyin təzəsi, dostun köhnəsi. Bəs siz bizim daimi müştərimiz olmusunuz, istəyirik yenə də qayıdasınız bizim operatora. Qarşılığında hər ay minimum 3 AZN pul yükləməklə əlavə olaraq 150 dəq. danışıq, 150 MB internet və 150 sms/mms paketi əldə edəcəksiniz. Qayıtdım ki, fikirləşərəm, amma 150sms/mms əvəzinə, internet paketini artırsanız daha yaxşı olar. Bu barədə düşünəcəklərini dedilər və beləcə sağollaşdıq.

İndi təsəvvür edin ki, ölkədə azad rəqabət mühiti olsaydı, danışıq qiymətləri neçəyə olardı. Bizim pulla havayı:)

ölkə

Previous post Next post
Up