"...Rafiq əvvəl gündən nişanlısına tapşırıb ki, qardaşın və bacından başqa heç kəslə öpüşüb-görüşmə, bir də mənə yalan danışma. Qızın əmisi oğlu da görüşəndə onu öpüb.
Gəlin də gizlətməyib, 1 gün sonra bunu Rafiqə deyib. Bu, Rafiqin ürəyində qalıb. Sonradan da hirslənib, başından “botinka” ilə vurub, qız da atası evinə gedib. Mən də yoldaşımı götürüb qızın atası evinə getdik. Ancaq anası dedi ki, qayıtmağa qoymayacaq. Rafiqə bunu deyəndə yanımızda evlərinə zəng eləyib qayınanasına dedi ki, qızınla başdaşın bir olacaq. Düzü, heç nə başa düşmədim, niyə bu sözü dedi".
...
oktyabrın 1-i, sübh saat 4:00 radələrində Rafiq Hüseynov əl qumbarası və silahla qayınatası evinə hücum edərək, 5-i qadın olmaqla, 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb...