nə istəyirsiniz?

Jun 05, 2014 11:37

Bir dəfə də bu barədə yazmışdım. Bir daha xatırlamaqda fayda olacağını düşünürəm. Çünki yaddaş təkcə keçmişi xatırlamaq üçün deyil, həm də nəticə çıxarmaq baxımından yararlıdır.

Dünən 4 iyun Gəncə qiyamının ildönümü idi. Yaxşı xatirimdədir, düz 21 il bundan əvvəl əksəriyyətin siyasi görüşləri bunlardan ibarət idi: bundan bizə prezident olmaz; ağzı qatıq kəsməyənin birisidir; özünə ev ala bilməyən, xalqa nə gün ağlayacaq? bizə Stalin kimi dəmir əl lazımdır və s. Şübhəsiz, Elçibəyin də qulağına bu sözlərin hamısı çatırdı. Və o çətin günlərin birində qərara gəldi ki, həmişəki kimi xalqın rəyi ilə hesablaşmaq lazımdır. Madam ki, sizə dəmir əl lazımdır, alın, bu da sizə Dəmirəlin dostu və qardaşı. Yaxşı, indi nə istəyirsiniz?

tarix, ölkə, Elçibəy

Previous post Next post
Up