"Beləliklə:
2003-cü ildə İlham Əliyev hakimiyyəti atasından alaraq prezident oldu.
2003-cu ildə Mixail Saakaşvili demokratik inqilab edərək prezident oldu.
10 ildən sonra bu gun Gürcüstan tarixinin ən demokratik seçkilərini keçirir.
10 ildən sonra bu ay biz tariximizin ən çirkin seçkilərini keçirtdik.
10 ildən sonra Saakaşvili özü qazandığı hakimiyyətdən gedir.
10 ildən sonra Əliyev konstitusiyadan müddət limitini götürərək hakimiyyətdə əbədi qalmaq istədiyini göstərdi.
10 ildən sonra Gürcüstan prezident səlahiyyətlərinin azaldıldığı parlament demokratiyası olur.
10 ildən sonra Azərbaycan avtoritarızmdən mütləq monarxiyaya çevrildi.
10 ildən sonra Gürcüstanda korrupsiya üzərində ciddi qələbələr qazanılıb.
10 ildən sonra Azərbaycan dünyanın ən korrupsıyalaşmış ölkələri sırasına "yüksəlib".
10 il ərzində Saakaşvili itirilmiş torpaqları qaytarmaq üçün hərbi əməliyyat keçirdi ve bütün dünyaya Gürcüstanın Abxaziya ve Osetiyaya məğlub olmadığını, məhz Rusiyanın bu torpaqları işğal etdiyini əyani şəkildə nümayiş etdirdi.
10 il ərzinde Əliyev bizim hərbi büdcəni Ermənistanın büdcəsi ile müqayise etməklə ve əslində gözə kül üfürməklə məşğul oldu. Çünki ağlı başında olan hər bir kəs bilir ki, bizim torpaqları məhz Rusiya işğal edib. Bu konfliktin arxasinda məhz Rusiya durur. Əliyev Saakaşvilidən fərqli olaraq bunu nümayiş etdirməyi bacarmadı, yaxud heç istəmədi.
10 ildən sonra Gürcüstan cəlbedici turist məkanına çevrilməkdədir.
10 ildeə sonra Azərbaycanın bütün dünyada biabırçı bir imici formalaşdırılıb. Təkcə bir Mexiko heykəli sərgüzəştlərini yadınıza salın.
10 ildən sonra Gürcüstanda təhsili inkişaf edir.
10 ildən sonra Azərbaycan təhsili acınacaqlı duruma salınıb.
10 ildən sonra Saakaşvili Qamsaxurdiyaya Milli Qəhrəman adi verir.
10 ildə sonra bizdə Elçibəyə münasibət necədir?
və sairə ve ilaxır....
İndi Euronews Saakaşvilinin gülə-gülə öz ailəsi ile birlikdə ofisini boşaltdığını, yeşikləri doldurduğunu göstərirdi.
Arzum budur ki, bizə də tarixdə hakimiyyətin belə dinc üsulla dəyişməsi nəsib olsun. Çünki demokratiya bütün fərqliliklərə rəğmən cəmiyyətin, dövlətin bütövlüyünün təminatıdır. Avtoritarizm ise əksinə bütün bəlaların ve təhlükələrin başlanğıcı".