Süleyman Dəmirəl: "Türkiyə ilə Azərbaycan dost olmaqdan başqa bir şey edə bilməzlər"

Sep 21, 2011 11:45


Vahid Mustafayev: - Elçibəy də sizin dostunuz idi, rəhmətlik Heydər Əliyev də. Amma siz Heydər Əliyevi seçdiniz.

Süleyman Dəmirəl: - Elçibəy o işə dözə bilməzdi. Elçibəy böyük vətənpərvər bir adam idi. Böyük türkçü idi, Elçibəyi sevirik. Amma o iş səbr, mətanət istəyir, yəni ayrı bir vəziyyət istəyir.

Vahid Mustafayev: - Siz yüzdə-yüz bilirdiniz ki, Heydər Əliyev bunu edər.

Süleyman Dəmirəl: - Bəli, biz o qənaətə 3 il əvvəl gəldik.

Vahid Mustafayev: - Haradan bildiniz bunu, necə bu qənaətə gəldiniz?

Süleyman Dəmirəl: - Onun ölçüsü yoxdur, insanlar bir-birilə danışar və nə olduğunu anlar. Əgər bunu anlamırsınızsa, danışmayın.

Burada

Elçibəy

Previous post Next post
Up