nazli_oguz
Jun 24, 2009 00:42
Dəniz çəkmək istəyirəm,
alınmır.
Gəmi çəkmək istəyirəm,
alınmır.
Torda balıq çəkirəm,
alınır.
Səma çəkmək istəyirəm,
alınmır.
Uçaq çəkmək istəyirəm,
alınmır.
Qəfəsdə quş çəkirəm,
alınır.
Yol çəkmək istəyirəm,
alınmır.
Qatar çəkmək istəyirəm,
alınmır.
Yolda qəza çəkirəm,
alınır.
Havadan,
qurudan,
sudan
yaşamağa yol çəkirəm,
alınmır.
Bu ömrə vida deyib
son nəfəs çəkirəm
(
Read more... )
Şair
nazli_oguz
Jun 24, 2009 00:24
Ol qədər qırıb bir-birimizdən ki, yorulduq,
Qırıldıqca yorulduq və yorulduqca qırıldıq…
Şair
nazli_oguz
Jun 16, 2009 23:30
Xeyirlə Şər müharibəsində Şərin qüvvəsi odur ki,
Xeyir üçün qəbul olmayan çox şey Şər üçün qəbuldur.
Hər aldığım nəfəs, hər atdığım addım,hər yaşadığım gün mənə bunu sübut edir.
qarabasmalar,
Şair
nazli_oguz
Jun 11, 2009 13:40
Gözətçiylə dustağın
burda qisməti eyni:
Sənin qolun bağlanıb,
onun idrakı, beyni
...Rəssam, çək bu lövhəni,
Maraqlı mənzərədir:
Qul gözətçi önündə
Azad bir dustaq gedir!
Şair