Sep 13, 2010 19:21
JJ-də hər cür məsləhətlərlə rastlaşa bilərik. Hal-hazırda əmlak bazarı üzre öz fikrimi bildirmək istərdim. Öz fikrimi Abşeron rayonunun Mehdiabad qəsəbəsindən başlamaq istərdim.
Mehdiabad qəsəbəsində torpaq və ev almamasının səbəbləri:
1) Əsaslandırılmamış qiymətlər,
2) Əmlakların 90% hissəsinin sənədlərin düzgün olmaması
3) Torpaqların bir neçə müştəriyyə satılması
4) Qəsəbənin bəzi ərazilərində infrastrukturun tamamilə olmaması və ya qismən olması
5) Pis havası (elə ki cənub küləyi olanda Binəqədi ərazisndə olan neft məhsullarının tullantılarının iyi, cənub - qərb küləyi olanda Balaxanı qəsəbəsindəki olan şəhərin mərkəzi zibilxanasının iyi, cənub-şərq küləyi olanda Mehdiabad qəsəbəsinin kanalizasiya tullantılarının "gölməçə"nin iyi qəsəbəni doldurur....Siz "təmiz havanı" yalnız şimal küləyi ilə ala bilərsiniz....(istisna şimal tərəfdəki yerləşən digər qəsəbə və kəndlərdə yerləşən broyler toyuqlarının fermalarında tullantılar yandırılanda)..
6) ictimai nəqliyyat vasitələrinin qeyri-qənaətbəxş işləməsi (xüsusilə də, qış mövsümündə)
7) Məktəblərdə təhsil səviyyəsinin aşağı olması (sovet dövründən qalan müəllimlərin sayı demək olar ki, bir iki nəfərdir)
8) Poliklinikanın binası gözəl olsa da real yardım almaq mümkün deyildir.
9) Polis məntəqəsi. Böyük əraziyə malik olan polis məntəqəsində 1 sahə polisi fəaliyyət göstərir. Bu polis istəsə də fiziki olaraq bütün əraziyə baxa bilməz və baxmır da)))) Polisin qapısı saat 6 dan sonra bağlıdır. Gecə qəsəbədə polis yozdur. Polisin qəbul otağında yalnız onun mobil telefonun nömrəsi mövcuddur. Sözün açığı onun fəaliyyəti nədən ibarətdir mən başa düşə bilmirəm.
10) Sovet dövründən köhnə bazaya malik olan kitabxana (kiril əlifbasını bilmirsiniz sə ora girmək məsləhət deyil)
11) ƏHALİ. Bu qəsəbə - yığma komandadır. Fikirləşməyin ki, siz hər hansı bir adəd-ənənəsi olan kəndə gəlmisiniz. - yox, bura 60-ci illərin Bombey şəhərinin p***u dərəsidir. Siz hər-zaman oğurlardan öz əmlakınızı qorumalısınız. Gənclər arasında çox saylı narkomanların mövcuddur. Sizin uşağınızı heç bir səbəbdən məktəbə qədər qəşənqçə döyə bilərlər. Burda "yerli caamat" təyini yoxdur. Burda yalnız 60-cı illərdə müxtəlif rayonlardan üzümçülük savxozun inkişaf etdirilməsi məqsədilə gəlmiş insanlar və 90-cı illərin əvvəlində gəlmiş qaçqın və məcburi köçkünlərdir (bu qəsəbənin ərazisi əvvə Digah kəndinin ərazisinə məhsus idi). Digərləri isə tədricən mərhələ-mərhələ köçmüşdür. Ən yüksək dalğa isə Bakıda baş vermiş zəlzələdən sonra baş verib.
12) Əhalinin 40% kiçik və orta kənd təsərrüfatı ilə məşquldur . Sizdə ola bilər ki, aldığınız 6 sot torpağınızın qonşuları toyuq, kiçik və iri buynuzlu heyvanları saxlasın. Bununla da, tavlaların iyi, milçəklər, sıçanların sizin ərazidə "propiska" olacaqdırlar.
13) torpağın keyfiyyəti çox pisdir. Torpaqda yaxşı məhsul almağı mümkün deyildir. Həmçinin, suvarma suyu qəsəbədə yoxdur (işməli su istifadə olunur).
14) Qəsəsbənin əsas ərazinin yer altı suları şorludur və içməli deyil və həmçinin, bu su ilə torpağı da sulamaq düzgün deyildir (artezian quyular effektiv deyil)
Müsbət tərəflər:
mmmmmm....Gözəl məscid var və "Gözəl azan" verilir..inanıram ki, Allah bu qəsəbənin sakinlərinin dualarını eşidib bu qəsəbənin inkişaf etdirilməsində insanlara köməklid edər.
Xahiş edirəm bu postu oxuyub əmlak bazarına çıxmış insanlara ötürün ki, onlar məlumatlı olsun. Həmçinin, nəzərə alaq ki, biz hmmız potensial əmlak alıcıyıq))