Nov 26, 2011 12:59
Bu günlərdə Xəzər TV-də belə xəbər yayıldı ki, Gəncə şəhərində 82 yaşlı dəllək sünnət etmək istədiyi 4 yaşlı körpənin cinsiyyət orqanını dibindən kəsib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb.
Tükürpədici hadisənin iştirakçılarının yaşına diqqət yetirin: birinin 82 yaşı, digərinin isə 4 yaşı. Bax şəxsən məni maraqlandıran odur ki, niyə görə bu hadisədə dəlləklə yanaşı, öz körpə övladının taleyini qoca, əlləri əsən bir dəlləyə etibar edən valideynlər cinayət məsuliyyətinə cəlb olunmayıb? Çünki son illərdə sünnət olunma zamanı hətta qanaxmadan bir neçə körpə də dünyasını dəyişib. Sadəcə, dəhşətdir...
Məlumdur ki, sünnət İslam dininin tələbidir. Yəhudilər də sünnət olunur. Mənim onlarla işim yoxdur. Amma gəlin baxaq görək, bütün müsəlman kişilərin sünnət olunması Quranın məntiqi ilə düz gəlirmi?
Quranda Tin/Тин (Əncir/Смоковница) surəsinin 4-cü ayəsində açıq şəkildə deyilir: "Biz insanı ən gözəl biçimdə yaratdıq!" (Мы сотворили человека в прекраснейшем облике.) Yaxşı, əgər Tanrı insanı ən gözəl biçimdə, yəni qüsürsuz yaratdığını özünün müqəddəs kitabında açıq şəkilə bəyan edirsə, hansı məntiqlə (söhbət dindarların məntiqindən gedir) ucdantutma bütün kişilərin pülüyü kəsilməklə onlar üzərində "estetik" redaktə işləri aparılır? (Doğrudur, bəzən elə xəstəliklər olur ki, o zaman sünnət olunma dinin tələbi kimi yox, tibbin tələbi kimi ortaya çıxır. Bunun ümumi məsələyə aidiyyəti yoxdur). Tanrı məsləhət bilsəydi, kişiləri elə pülüksüz yaradardı də. Doğrudur, bu məsələ çox müzakirə olunub, amma heç yerdə tam dolğun açıqlamaya rast gəlməmişəm.
din