Ankarada Iran azərilərinə dəstək aksiyası keçirildi

Jul 11, 2010 17:11

Siyasi məhbusların dərhal azad olunması, kütləvi təzyiqlərin dayandırılması tələb olundu

“Azadlıq” radiosunun verdiyi xəbərə görə, Iyulun 9-da Ankarada Iran azərbaycanlıları BMT ofisi qarşısında etiraz aksiyası keçirərək Iranda azərbaycanlı fəalların həbsinə etirazlarını bildiriblər. Aksiya iştirakçıları BMT nümayəndəliyinə öz bəyanatlarını təqdim ediblər.
Bəyanatda deyilir ki, Iranda siyasi və mədəni fəaliyyətləri məhdudlaşdırılan azərbaycanlılar elementar insan haqlarından belə məhrumdurlar:
“Fəallar hər hansı bəhanə ilə həbs olunur, aylarca davam edən həbslərdə fiziki və psixoloji işgəncələrə məruz qalır, vəkil tutma haqqından məhrum edilir. Fəalların çoxu hansı ittihamla üzləşdiklərini belə bilmirlər”.
Sənəddə qeyd edilir ki, Iranda azərbaycanlı fəallara qarşı basqılar son aylar daha da artıb. Son iki ayda 50-dən çox fəal, insan haqları müdafiəçisi, jurnalist həbs olunub, ya da qaçırılıb. Məhkəmə qərarı olmadan fəallar iş yerlərindən, evlərindən aparılıb.
Bəyanatda Iran azərbaycanlıları siyasi məhbusların dərhal buraxılmasını, siyasi, iqtisadi, mədəni və kütləvi basqıların dayandırılmasını tələb edirlər.
http://azadliq.info/sonanda/2172.html

azadliq

Previous post Next post
Up