Jun 07, 2012 11:32
Qadınlar, gözümüzün bəbəkləri. Nə qədər deyinsək də onlarsız olmur ki, olmur. Birdə şükürlər olsun Zevsə, Azərbaycan qadınları adlandırılan bu məntiqsizlik okeanın içində bəzən balaca adalar da tapmaq olur. Seymur onlar barədə yazmasa da, onlar var dostlar - var. Olur elə adalar, adam ümidsiz, ucu bucağı görünməyən dənizdə üzdüyü vaxt helə bir adaya rastl gəlir. Bu ada tipli xanımların əsas xüsusiyyeti ondan ibarətdir ki, onlar ilk növbədə insandılar - sonra qadın. Yani onlarla oturub piyvə içə bilərsən, söhbətləşib, rahat hər şeyi müzakirə edə bilərsən, səmimi ola bilirsən. Bu görüşləriniz zamanı - onlar bir anlıqda sizə bildirməyəcəklər ki: onlar qadındı, onların yanında belə şeyləri danışmaq olmaz, bu hörmətsizlik olar - i v konce koncov - onlarıın vaqinası var və sən, təbiyəsiz ırs düşmanı, bu vaqinanın söhbət zamanı, fiziki iştrakını heç vaxt unudmamalısan. Həmişə belə olur - bir qızla gedirsən görüşə, elə bilirsən orda sən varsan və o. Amma qız - nə yolla olursa olsun - sənin yadına salacaq ki - Ala, mənim bu cinsi orqanım var ha!! Dilini saxla, yoxsa onun xətrinə dəyər. Peşman olursan, nifrət edirsən bu dözülməz üçbucağa. Yani - hammı bilir ki, "o" var, hammı bilir ki - 99% də sən onu ancaq zaqsdan sonra görəcəksən, çalışırsan bunu unudub daha təhlükəsiz orqanlara fikir verəsən - amma hardadı bizdə o bəxt? Qız o saat sənin yadına salır - "o" burdadı! Sizin yanınızda Unudma ha! Özünü düz əməlli apar.
Nə isə, dediyim bu okeanda ada tipli xanımlar belə deyil. Onlar adamdılar. Adam kimi də özlərini aparırlar. Onlar tək bir eyibi var. Robbi Uilliams oxuduğu kimi - all the best woman are married...Yani - yaxşı qadınların hamısı evlidi, bizə də qalan elə bu vaqina kultunun daşıyıcılarıdı. Tfuu belə həyatın içinə!
Lakin mətləbdən bir balaca uzaqlaşdım. Yazınım adını niyə Seymur Baycan qoydum. Hətta bu, "ada" tipli xanımlarda bir problem var. Yani çoxusu Seymur Baycanının yazılarını oxuya bilmir. Dözə bilmirlər. Seymurun qadınları tənqid etdiyi üçün yox. Nə qədər paradoksal olsa da - Seymurun kişiləri olduğu kimi gəstərdiyi üçün. Hətta bu xanımların belə bir stereotipləri var: Kişilərin cibində həmişə pul olmalıdı, kişi xoşuna gəldiyi qadını ram etməlidir, kişi porblemləri və əminsizliyi barədə danışmamalıdır. Yani, belə ümumiləşdirsək - kişi liberal bir müassir maço olmalıdır. Təbii ki, qadını fiziki olaraq təpiyin altına salmamalıdır, amma mənəvi sındırmalıdır. Seymursa nə edir? Ona "otkaz" edən qadınlardan yazır, depressiyalarını çox məharətlə təsvir edir, arada bir varlı oxucularının onun cibine nece pul basmaları barədə etiraflar......Bax bunun hamısı hətta adekvat düşüncəli, "ada" tipli qızların dünyasını darmadağın edir. Hal buki, söhbət səmimiyyətdən gedir və Seymurun yaşadığı hissləri hər bir kişi yaşayır. Sadəcə hər kişinin "götü" yoxdu ki, bunu yazsın.