Наконец-то пришло время осветить нашу фотосессию для журнала Наргис.
Полностью статью можно почитать здесь Представляем вашему вниманию три образа, в которых были использованы элементы азербайджанской национальной культуры. Сегодня образ первый:
Кялагаи в стиле casual
Национальный колорит уместен даже в самом простом стиле casual. Свитшот, джинсы и сникерсы - самая удобная одежда в этом стиле. Сникерсы чрезвычайно популярны в нынешнее время и, судя по недавнему показу Шанель, спортивная обувь будет в следующем сезоне одной из самых востребованных. Отдельно хочу отметить свитшот - обычно наши соотечественницы его не любят за чересчур мешковатый вид, однако не в этом случае. Свитшот очень удобен, но при этом остается романтичным и добавляет нарядности такому простому образу.
Nəhayət ki, Nagis jurnalı üçün fotosessiyamızı işıqlandırmağın vaxtı gəldi.
Məqaləni bütövlüklə burada oxumaq olar Sizin diqqətinizə üç obraz təqdim edirik. Hər bir obrazda Azərbaycan milli mədəniyyətinin elementlərindən istifadə olunub. Bu gün birinci obraz haqqında söhbət açacayıq:
Casual stilində kəlağayı
Milli kolorit hətta ən sadə olan casual stilindədə münasibdir. Svitşot, cins şalvar və snikerslər - bu stildə olan ən rahat geyimdir.
Snikerslər hal hazırda çox populyardırlar. Chanel-in son nümayişlərinə diqqət yetirsək, idman üslubunda ayaqqabı növbəti mövsümdə çox aktual olacaq. Svitşotu ayrılıqda qeyd etmək istərdim - adətən bizim xanımlarımız çox boş olan geyimləri sevmirlər, lakin bu halda yox. Svitşot çox rahatdır, bununla belə romantik olaraq qalır və sadə obraza gözəllik qatır.
Перейдем к азербайджанским элементам. Сейчас снова становится модно различными способами повязывать платок на голову, так почему бы не использовать наш кялагаи для этих целей? Кялагаи - достаточно широкий платок и оставляет массу свободы для использования. Мы повязали его в более спортивном стиле, сохраняя стилистику всего образа. Дополняют наш образ прекрасные аксессуары - серьги и браслет. Узор на серьгах - «килим», который украшал карабахские ковры в XIX веке. А на браслете использован мотив, изображающий фантастических птичек. Эти птички символизируют защиту и бессмертие. Такой узор часто использовался в качестве бокового орнамента азербайджанских ковров.
Azərbaycan elementlərinə keçid alaq. Hal hazırda yaylığı başa bağlamaq yenidən dəbdədir. Bu məqsəd ilə öz kəlağayımızı nədən istifadə etməyək? Kəlağai - olduqca enli yaylığdır və istifadə üçün yetərli sərbəstlik təklif edir. Biz onu bütün obrazın stilistikasını qoruyaraq, idman üslubunda bağladiq. Bizim obrazı gözəl aksessuarlar tamamlayır - sırğa və bilərzik. Sirğanın üzərindəki naxış - "kilim" naxışı XIX əsrin Qarabağ xalçalarını bəzəyirdi. Bilərzikdə isə inanılmaz quşları təsvir edən motivdən istifadə olunub. Bu quşlar mühafizə və əbədilik rəmzidir. Belə naxış Azərbaycan xalcalarının yan ornamentində tez-tez istifadə olunub.
Свитшот - Elisabeta Franchi
Сникерсы - Elisabeta Franchi
Джинсовая куртка - Elisabeta Franchi
Платок - шекинский кялагаи
Серьги - Resm
Браслет - Resm
Svitşot - Elisabeta Franchi
Snikerslər - Elisabeta Franchi
Cins gödəkcə - Elisabeta Franchi
Yaylıq - Şəki kəlağayısı
Sirğa - Resm
Bilərzik - Resm
Выражаю благодарность всем, кто помог в проведении этой съемки, а именно:
Elisabeta Franchi за предоставленную одежду
Resm - за предоставленные украшения
Beauty Concept - прически и макияж
Karvansaray - за предоставление места для съемок
Rufat - фотограф
Dinara - модель
Bu çəkilişdə komək göstərən hər kəsə minnətdarlığımı bildirirəm, məhz:
Elisabeta Franchi - Təqdim olunan geyim üçün
Resm - Təqdim olunan zinət əşyaları üçün
Beauty Concept - saç və makiyaj üçün
Karvansaray - çəkiliş yeri təmin etdiyi üçün
Rufat - fotograf
Dinara - model