Yapon ata-babalarının irsi :))) I hissə

Oct 12, 2010 16:55

 Deyirlər, atanın sözlərini göstər, deyim nə millətsən :)) İstənilən millətin, xalqın mentaliteti onun folklorunda hopub qalır və min illərdən keçərək növbəti nəsillərə gedib çatır.



Yapon xalqının bir neçə atalar sözünü diqqətinizə çatdırıram:

1. Kölgəsiz işıq olmaz.
2. Harada güc haqlıdırsa, orada haqq-ədalət gücsüzdür.
3. Pulun varsa, cəhənnəmdə də özünü itirməzsən.
4. Budda da ancaq üçüncü dəfəyədək dözür.
5. Ağıllı adamla oturub duran uşaqlar oxumamış alim olurlar.
6. Divarlar dinləyir, butulkalar danışır.
7. Gözəl qadın həyatı kəsib keçən qılıncdır.
8. Toz yığılar, dağ olar.

yapon folkloru, atalar sözləri

Previous post Next post
Up