Quran yaponca

May 17, 2012 17:49

Yapon mənşəli müsəlman İbrahim Savada Qurani Kərimi yapon dilinə tərcümə etmişdir. Onun söylədiyinə görə, hal-hazırda Quranın yapon dilinə tərcüməsinin 7 müxtəlif variantı mövcuddur. Ancaq həmin tərcümələr köhnə stildə edildiyindən gənc nəsil tərəfindən çətin başa düşülür, cənab Savada isə müqəddəs ktabı daha sadə dillə tərcümə etməyə çalışmışdır.

Hal hazırda, Yaponiyada təxminən 10 min müsəlman yaşayır və onlar əsasən ərəb, iran və əfqan kökənli yaponiyalılardır.

İslam Yaponiyada

Previous post Next post
Up