Sakura, Sato Suisan və Nazim Hikmət

Apr 11, 2011 10:24

 Yaponiyada artıq bir həftədir ki, Sakura çiçəkləməsi mövsümü başlayıb. 11 mart faciəsindən də 1 ay keçir, həyat yavaş-yavaş yoluna düşür, Fukusimadan diqqətini yayındıran jurnalistlər isə yeni qəhrəmanlıq dastanlarını yazıya almağa başlayıblar.

Onaqava şəhəri, 11 mart, saat 14.45. Dəniz kirpisi ovu ilə məşğul olan Sato Suisan firması öz gündəlik işləri ilə məşğul idi. Bu firma Yaponiya balıq qurmanları arasında kifayət qədər məşhurdur. Həmin gün Çindən gələn stajor qızlar da öz iş yerlərində idi. İlk təkandan sonra onlar dərhal öz yataqxanalarının yanında sığınacaq tapdılar, lakin firmanın rəhbəri Mitsuro Sato başa düşdü ki, nəhəng dalğa gələcək və burada qalmaq olmaz. O çinli qızları təpədəki məbədə gedən yola çıxarır, özü isə yataqxanaya qayıdır ki, orada heç kimin qalmadığına əmin olsun. Təpədən baxan qızlar Satonun yataqxanaya girdiyi an nəhəng dalğanın o binanı öz ağuşuna aldığını görürlər...

Antiyapon əhval-ruhiyyələrinin güclü olduğu Çində bu əhvalat artıq bütün KİV-lər tərəfindən yayılıb. Kim bilir, bəlkə də bu qəhrəmanlıq epizodu bu iki milləti daha yaxın edəcək.

Mən isə öz növbəmdə "vatan haini" Nazim Hikmətin 1956-cı ildə yazdığı bir şeri Mitsuro Sato-sanın əziz xatirəsinə həsr edirəm.

Japon balıkçısı.

Denizde bir bulutun öldürdüğü
Japon balıkçısı genç bir adamdı.
Dostlarından dinledim bu türküyü
Pasifik'te sapsarı bir akşamdı.

Balık tuttuk yiyen ölür.
Elimize değen ölür.
Bu gemi bir kara tabut,
lumbarından giren ölür.

Balık tuttuk yiyen ölür,
birden değil, ağır ağır,
etleri çürür, dağılır.
Balık tuttuk yiyen ölür.

Elimize değen ölür.
Tuzla, güneşle yıkanan
bu vefalı, bu çalışkan
elimize değen ölür.
Birden değil, ağır ağır,
etleri çürür, dağılır.
Elimize değen ölür...

Badem gözlüm, beni unut.
Bu gemi bir kara tabut,
lumbarından giren ölür.
Üstümüzden geçti bulut.

Badem gözlüm beni unut.
Boynuma sarılma, gülüm,
benden sana geçer ölüm.
Badem gözlüm beni unut.

Bu gemi bir kara tabut.
Badem gözlüm beni unut.
Çürük yumurtadan çürük,
benden yapacağın çocuk.
Bu gemi bir kara tabut.
Bu deniz bir ölü deniz.
İnsanlar ey, nerdesiniz?
Nerdesiniz?

sakura

Previous post Next post
Up