May 02, 2010 22:56
Bir gün alabaşı dama saldılar,
Onun it haqqını ondan aldılar.
İndi yeyir, içir, boynunda zəncir,
İndi toxluğundan o, zingildəyir.
........................
Bir dəfə yenə
Hasardan boylanıb mən baxdım ona.
Gördüm, əvvəlkinə bənzəmir daha.
Gördüm alabaşın gözündə möhnət,
Amma duruşunda bir təntənə var.
Bəli, belə olur, belə nəhayət,
Özgənin yalıyla pərvazlananlar.
Necə qürurludur onun görkəmi,
Xaltanı gəzdirir o, orden kimi.
Müftə yal gör necə dəyişmiş onu,
Bu itdən törəyən köpək oğlunu.
Rimma Kazakova
P.S. Yağış da bir tərəfədən qanımızı it qanına döndərir. Elə bil təbiət də qəsdimizə durub.
şeir