Vəkil İlqar Məmmədovun bədənində xəsarətlərin qaldığını bildirib və əlaqədar orqanlardan xahiş edib: "Onun boynunun arxasında göyərti olduğunu müşahidə etdim, eyni zamanda, İlqar Məmmədov bildirdi ki, zərbələr ən çox başından əllə və ayaqla vurulduğundan zahirən görünən deyil, lakin bunun nəticəsi olaraq başında şişlər var. Yaranmış baş ağrıları hələ də qalır. Həmçinin, İlqar Məmmədov bir aydan çoxdur telefonla zəng etmək hüququndan məhrum edilib və müraciətlər nəticəsiz qalıb. Sadaladıqlarımın nəzərə alaraq İlqar Məmmədov təhlükəsizliyinin təmin olunmasına göstəriş verəsiniz".