Görürəm bəzi adamlar Mirzə Cəlili ittiham edir ki, niyə Şeyx Nəsrullahın qarşısına məhz alkaş İskəndəri çıxarıb. Hətta Cəfər Cabbarlı da bu məqamı əsas götürərək
"Ölülər"i tənqid etmişdi. İndi təsəvvür edək ki, İskəndər içmir, çəkmir və ağlı başında Şeyx Nəsrullahın qabağına çıxır. Həmin an İskəndəri yortardılar. İlin-günün bu vaxtında bir tənqidi fikrə görə adamın ağzından atırlar, o ki qaldı 19-cu əsr ola. Yaxşı, Seyid Əzim Şirvani ki, nə içən idi, nə də çəkən. Özü də Şamda ali dini təhsil almışdı. Onu niyə öldürdülər? Çünki doğruları yazırdı. Deməli, Mirzə Cəlilin məqsədi, ilk növbədə, İskəndəri qorumaq və "ölülərin" üzünə tüpürmək idi. İçki İskəndəri qoruyan yeganə qalxan idi...