Jan 26, 2015 21:43
Bu gün səhər fb-də bu statusu yazmışdım:
Dünən Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində solçuların, daha doğrusu, populistlərin qalib gəldiyi bildirilir. O adamlar ki, əhaliyə sərt qənaət tədbirlərini və banklara olan kredit borclarının böyük qismini ləğv edəcəklərini vəd ediblər. Nəzərə alsaq ki, dünya tarixi bank sektoru ilə belə zarafatı bu vaxta kimi heç bir dövlətə bağışlamayıb, onda Yunanıstanın fatihəsini indidən vermək olar. Hətta o qədər məsuliyyətsizləşiblər ki, AB-ni avrozonadan çıxacaqları və aldıqları kredit borclarını qaytarmayacaqları ilə hədələyirlər. Əslində bütün baş verənlər bir daha sübut etdi ki, nə neçə min illik dövlətçilik ənənəsi, nə qədim sivilizasiya, nə antik yunan mədəniyyəti, nə Arximed qanunu, nə Evklid həndəsəsi, nə Hippokrat andı, nə Herodotun tarixi, nə Strabonun coğrafiyası bugünkü yunan insanın düşüncəsini realistik formalaşdıra bilməyib. Bu, öz keçmişinin romantikası ilə yaşayan bütün xalqlara nəticə çıxarmaq üçün çox gözəl örnək ola bilər.
P.S. Yunanıstanın düşdüyü vəziyyətdən çıxmasının yeganə çıxış yolu Türkiyənin ətəyindən bərk yapışması ola bilər:)
seçkilər,
Yunanıstan