Şəkildə gördüyünüz Sidney opera teatrına bənzəyən
obyekt hazırda Dənizkənarı Milli Parkda tikintisi davam edən və 2016-cı ildə təhvil verilməsi nəzərdə tutulan ticarət mərkəzinin layihəsidir. Madam ki, bina zahirən Sidney opera teatrına bənzəyir, qoy elə mahiyyətcə də opera və balet teatrı olsun. Çünki yerləşdiyi ərazi, müasir dizayn və genişlik baxımından opera teatrı üçün çox münasib binadır. Onsuz da ölkə başdan-ayağa ticarət mərkəzidir, hazırkı opera və balet teatrı isə sözün bütün mənalarında həm köhnə, həm də darısqaldır. Əgər yas musiqisi muğam üçün ayrıca modern üslubda bina varsa, nədən opera və balet teatrı üçün olmasın? Regionun lider dövlətinə köhnə teatr binası yaraşmaz axı. Hüseyn Cavid demişkən,
yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!..