"...Başqa bir faktı da deyim. Naxçıvanda olarkən təhsildən söhbət düşəndə mənə dedilər ki, bilirsiniz Sədərəyin icra başçısını niyə işdən uzaqlaşdırdılar? Niyəsini soruşdum. Dedilər ki, Vasif müəllim icra başçısını yanına dəvət edərək rayon məktəblərində yuxarı sinifdəki qızların davamiyyətinin aşağı olmasının səbəbini soruşub. Yəni bəzi valideynlər yuxarı sinifdə oxuyan qızlarını dərsə buraxmırlar. İcra başçısı da cavab verib ki, elə Naxçıvanda əzəldən belə olub. Yəni icra başçısı qız uşaqlarının dərsə gəlməməsini normal qarşılayıb. Vasif Talıbov deyib ki, belə dünyagörüşlü adam icra başçısı işləyə bilməz. Nəticədə onu və rayon təhsil şöbsəinin müdirini işdən azad edib...
...Cənub rayonlarıyla bağlı dəfələrlə parlamentdə məsələ qaldırsam da üstünə gedən yoxdur. Qızları yuxarı siniflərə qoymurlar. Valideynlər var ki, mənə deyirlər qızımı yuxarı sinifə buraxsam onu heç kim almayacaq. Bilirsiniz, bu cəmiyyətin faciəsidir. Bunun üçün ciddi və qəti tədbirlər görülməlidir..."
Hərdən bu da normal fikirlər söyləyir:)