Sənin bəhrən yeyən kimdir?
Kiminkisən, yiyən kimdir?
Sənə doğru deyən kimdir?
"Yalan dünya, Yalan dünya!"
Atı əzəl dağa saldıq,
Yorulduqca dala qaldıq.
Atı satdıq, ulaq aldıq,
Yəhər oldu palan, dünya.
Çatıb səndən keçən keçdi,
Əcəl camın içən keçdi,
Olan-oldu, keçən-keçdi,
Nə istirdin alan dünya.
Ocaq ikən sönəymişsən,
Çanaq ikən çönəymişsən,
Nə pis qan nənəymişsən
Nağıl! Yalan-palan dünya.
Biri ayna, biri pasdır,
Biri aydın, biri kasdır,
Gecə toydur, səhər yasdır,
Gül içində solan dünya.
İgidlərin başın yeyən,
Qocalar bozbaşın yeyən,
Qəbirlərin daşın yeyən,
Özü yenə qalan dünya!
Nə qandın, kim gül əkəndir?
Kim qılınc tək qan tökəndir?
Teymur hələ kürəkəndir,
Çingiz canın alan dünya.
Yaman qurğu, yığılaydın!
Tufanlarda boğulaydın!
Noleydi bir dağılaydın,
Bizi dərdə salan dünya.
Sonra da deyirsiniz ki, dilimizin lüğət tərkibinin 60%-dən çoxunu ərəb-fars mənşəli sözlər təşkil edir. Bu şeirdə neçə % təşkil edir?