Sünnətdir, vacib deyil.

Aug 22, 2014 17:45

...Bir də bizi sünnətə etiraz etməkdən çəkindirən daha bir xüsusiyyətimiz var: camaat nə deyər? Necə deyərlər, evimizi yıxan ən spesifik xüsusiyyətimizdir bu. Araşdırın, görün sünnət olunmağın nə qədər ziyanlı, zərərli tərəfləri var. İnternetdə sünnətin faydalarından ağız dolusu danışanlar da az deyil, ancaq nədənsə, çoxu sünnət edən cərrahlardır. Ola bilsin, hansısa iltihabi xəstəliyə tutulma ehtimalını bir az azaldar, mən sizə bir həkim kimi deyirəm ki, zərər və faydasını tərəziyə vuranda, vallah, sərf eləmir. İslamı qəbul edən, müsəlman olmaq üçün uşağını sünnət etdirən insanlar niyə fikirləşmir ki, lazım olmasa idi, allah o dərini yaratmazdı?! Əlbəttə ki, bu normal cinsi fəaliyyət üçün, kişi cinsiyyət orqanının ən həssas və ən çox təzyiqə məruz qalan başlıq hissəsini mikroblardan və digər zədələyici amillərdən qorumaq üçün təbii seçmədə qazanılmış əlamətdir. Lazım olmasa idi, reduksiya olunub gedərdi...

daha ətraflı

Vaxtilə bu barədə yazmışdım.

din, mentalitet

Previous post Next post
Up