Click to view
"Daha bir əsas fərqləndirici xüsusiyyət ondan ibarətdir ki, biz -
sələfilər - İslamdakı bütün dini qruplardan və cərəyanlardan fərqli olaraq, müsəlman-rəhbərə qarşı heç vaxt müxalifətdə olmuruq. Hətta, biz əvvəlcə özümüzü, sonra başqalarını Allahın qadağan etmədiyi şeylərdə müsəlman-rəhbərə itaətə çağırmağı özümüzə İslami bir borc bilirik. Məsələn, biz hal-hazırda dövlət başçısı olan - İslama görə hamımızın tabe olmağa borclu olduğumuz - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi (Allah onu qorusun və haqq üzərində sabit etsin) müstəqil Azərbaycan ərazisində özümüzə yeganə rəhbər hesab edirik. ... müsəlman-rəhbərə (bizim halda - ali baş komandan İlham Əliyevə) qarşı müxalif mövqeyin istənilən şəkildə təzahürü İslam dininə görə qadağandır (haramdır)".