Ramazan ayının girməsi ilə bağlı son günlər daha çox spirtli içkilərin tükədildiyi kafe və restoranlarda adamların sayının kəskin azaldığını müşahidə edirəm. Yaşadığım yerin yaxınlığında əvvəllər hər axşam ağzına qədər adamla dolu olan pivəxanalarda son günlər tək-tük nəfər gözə dəyir. Görünür, Ramazan ayının girməsi ilə bağlı insanlar ya oruc tutur, ya da heç olmasa 1 ay spirtli içkilərin qəbulu kimi zərərli vərdişdən uzaq olmağa çalışırlar. Əslində ilk baxışdan burada pis bir şey yoxdur, amma...
1. Tanıdığım çoxlu şəxs var ki, dindarlığa məhz belə başlayıb: əvvəlcə, bu ayda içkidən imtina edib, növbəti mərəhələdə bir ay oruc tutub, sonrası da məlumdur: ya nurçu olub, ya İran mollası, ya da Ərəbistan şeyxi. Yəni ölkədə ənənəvi islamın daşıyıcılarının onsuz da dar olan yerini kənar təsirli dini mərkəzlər tutmağa başlayıb.
2. Ölkədə alternativlərin yoxluğu yeniyetmə və gənclər arasında dinin, dolayısı yolla narkomaniyanın sürətlə yayıldığını göstəririr. Son illərin rəsmi statistikası da bunu təsdiq edir. Şübhəsiz, əsas səbəblərdən biri də
təhsilin buxarlanmasıdır.
3. Siyasi meydanın müxalifətdən tamamilə təmizlənməsi, avtomatik olaraq, etirazçı qüvvələrin başqa güc mərkəzlərinə transferini qaçılmaz edir. Bu mərkəzlərin dini təmayüllü qüvvələr olması isə heç kimə sirr deyil. Enerjinin saxlanması qanunu.
4. Ölkədə siyasi tolerantlığın olmadığı bir şəraitdə hakimiyyət nümayəndələrinin hər gün "bizdə dini tolerantlıq ən yüksək səviyyədədir" deməsi, dəvəquşu pozasını xatırladır.
5. İrandakı islam inqilabını, İraqdakı İŞİD-i bir daha xatırlamaqda, şübhəsiz, fayda var. Ən azı paralelllər aparıb, nəticə çıxarmaq baxımından.
Bütün bunların fonunda ölkədə dini təsirlərin getdikcə dünyəviliyi üstələməsinin qarşısını almaq üçün yeganə alternativ kimi spirtli işkilərin qəbulunu görürəm. Dostlar, çox yox, az da olsa için düyəviliyi qorumaq üçün. Təəssüf ki, başqa alternativ yoxdur...