SABAH qrupları

Jun 27, 2014 09:25


İxtisasca hüquqşünas olan Mikayıl Cabbarov nazir təyin olunandan sonra Təhsil Nazirliyi ali məktəblərdə SABAH qruplarının yaradılması təşəbbüsü ilə çıxış edib. Artıq bu qruplara qəbul üçün gələn ayın 6-dan 3 mərhələdən ibarət imtahan proseduru başlayır. Seçim şərti isə belədir:
1. Müəyyən edilmiş ixtisasların I kursunu müvəffəqiyyətlə bitirmə.
2. I kurs ərzində tələbənin aldığı qiymətlərin orta göstəricisinin 61-dən aşağı olmaması.
Giriş üçün bu qədər informasiya kifayətdir. Daha ətraflı sayta daxil olub informasiya olmaq olar. Sözümün canı başqadır. Belə qrupların yaradılmasının ölkə konstitusiyasına və təhsil haqqında qanuna zidd olmadığını əsaslandırmaq lazımdır.
1. Ölkə konstitusiyasında birmənalı şəkildə göstərilən hər kəsin qanun qarşısında bərabərlik və keyfiyyətli təhsil almaq hüquqları pozulmurmu?
2. Necə yəni ali məktəblərə qəbul imtahanları verib daxil olan tələbələr yenidən imtahandan keçərək, xüsusi qruplarda oxuyacaq?
3. Bəs həmin qruplara qəbul olunmayan tələbələrin taleyi necə olacaq?
4. Tələbələrin birinə keyfiyyətli, digərinə keyfiyyətsiz təhsil veriləcək?
5. Nəhayət, bütün bunlar hüquqşünas nazir Mikayıl Cabbarovun təşəbbüsü ilə baş verir?

təhsil, debillər seriyasından, ölkə, qanunlar

Previous post Next post
Up