Ölkə prezidenti tərəfindən MM-ə
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı yeni layihə göndərilib. Layihə parlamentin müvafiq komissiyasında müzakirə olunub. Əgər qanun qəbul edilsə, aşağıdakı hallarda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum olunması üçün əsas yaranacaq:
1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
4) Azərbaycan respublikası vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi”.