Fransız yazıçısı Anri Masse "İslam (tarixi oçerklər)" kitabında yazır ki, Məhəmməd peyğəmbər 40 yaşlı dul qadın Xədicə ilə evlənəndə 24 yaşında imiş və ona qədər heç bir qadınla cinsi münasibətdə olmamışdır. Hətta sonralar Xədicə ölənə kimi ona sadiq qalmış və başqa qadınlarla hər hansı münasibət saxlamamışdır. Təxminən 40 yaşında Məhəmmədə peyğəmbərlik veriləndən az sonra Xədicə dünyasını dəyişmiş və islamı qəbul edən ilk qadın kimi tarixə düşmüşdür. Bu tarixi faktları digər tarixçilər də təsdiqləyir. Hə, müsyö Masse onu da qeyd edir ki, Məhəmməd epilepsiyadan əziyyət çəkirmiş.
Həmin kafirin kitabında o da qeyd olunur ki, Məhəmməd uşaqlığından digərlərindən fərqlənirdi. Səliqəli geyinər, ətrafdakılara qarşı çox diqqətli və nəzakətlə davranar, böyüklərə hörmət edərdi. Çox dürüst biri olduğundan ona Əmin (etibarlı) təxəllüsü verilmişdi. Əslində bunları xatırlayaraq, sözümün qəmbərqulusunu demək istəyirəm. Bir halda ki, adamın peyğəmbərlik verilənə qədər bütün müsbət keyfiyyətləri özündə daşımasını hədis nağılçıları ilə yanaşı, tarixçilər də təsdiqləyir, biz də faktlarla hesablaşmaq zorundayıq. Əslində Məhəmmədin şəxsiyyətinə münasibətdəki ziddiyyətlər ona peyğəmbərlik veriləndən sonrakı dövrü əhatə edir. Fikirlərin haçalanmasını zəruri edən çox ciddi amillər var. Onlardan ən birincisi, şübhəsiz, Məhəmmədin Allah kəlamı kimi təqdim etdiyi Qurandır. Çünki bu müqəddəs kitabda ziddiyyətli, hətta ziyanlı fikirlərin (yəhidlərlə bağlı) olduğunu iddia edən kifayət qədər ciddi elm adamları var. İkinci səbəb Məhəmmədə peyğəmbərlik veriləndən sonrakı yaşadığı şəxsi həyatıdır ki, məsələn, çoxarvadlılıq, bu da ona qarşı münasibətdə fikir ayrılıqları yaradır.
Deməli, belə nəticəyə gəlmək olar ki, sırf rasional baxımdan yanaşsaq, əslində Məhəmmədə peyğəmbərlik verilənə qədər çox yaxşı vətəndaş olub, sonradan...
Niyə bunları yazdım? Bayaq bir yerlimlə söhbət edirəm. Adam ixtisasca mühəndisdir. Deyir ki, bir neçə aydır Quranı oxuyuram, bəzi ayələrə baxıram və sonra da fikirləşirəm ki, vallah, mənim inandığım Allah belə şeyləri buyurmaz. İndi məndən soruşur ki, sən necə fikirləşirsən, səhvmi qənaətə gəmişəm? Mən də dedim ki, sən çox düz yoldasan. Adam həm mühəndis, həm də şəkili olub məntiqi və rasional mühakimələrdən qaça bilməz. Sonda ona Teslanın sözlərini xatırlatdım: "Dini kitabları oxuyub anlayanlara ateist, anlamayanlara dindar deyilir":)
UPD
«Закона Джафари о личном статусе»