Civilər bir olmur, atam balası,
Zeması, Ulyası var.
Aykası, Gülyası var.
Özünün kruqu var
Aş çəkməyə
Cehizlik buludu var
Ancaq hər civinin
bir gün ərə getmək üçün
qara kurtkalı qaqaşa umudu var
sən tapanda kim olacaq nervinni qaqaş?
Qoynunda ağladığın, zırladığın olacaq.
Bəlkə səni bu dünyada ən çox fırladan
ən çox fırlatdığın qaqaş olacaq.
Bir gün ərə gedəndə
Gəlin maşınının içində
Şadlıq sarayındakı taxtda
Qurcalanıb deyəcəksən ilahi,
illər boyu bu qaqaşa mən axı (öpüş də) verməmişəm,
Bəs bu xiyar niyə verir restoranın şotunu?
Yeri, yeri,
Qara kurtkalı qaqaş,
Kiri, kiri,
Qara kurtkalı qaqaş
Bu civi də min cividən biridir
Bəsdi orda-burda sürtüşdün
Xalqın qızına.
Hətta avtoş qaqaşlar da kiridi,
Yığışdı küçələrdən.
Sən də yığış,
Evinə get,
Mənasız köpəyoğlu.
Zamin Hacı