Bəlkə də haqlıdır...

Nov 13, 2013 11:55


Agalar Mammadov: "Murdar "Yeni müsavat" və iyrənc "Azadlıq" qəzetlərinin biryolluq bağlanması Azərbaycanda yeni gənc səslərin doğulmasına, eşidilməsinə və narazı elektoratın məcburən özünə yeni media imkanları yaratmasına gətirib çıxarardı. Çünki bu iki mənfur qəzet bu gün Azərbaycanda müxalif səsləri öz monopoliyasında boğmaqla və publik rəyi özünün kor iradəsi istiqamətində qurmaqla məşğuldur. İndi pulsuzluqdan şikayətlənən bu şivənçi və sırtıq qəzetlərin mollabaş baş redaktorları şəxsən heç də pulsuzluqdan əziyyət çəkənlərə bənzəmirlər... Aldanmayın, lənətəgəlmiş Azərbaycan siyasi hakimiyyətinə qarşı olmaq hələ xeyir qüvvə olmaq demək deyil. Bəzən iki şər qüvvə də vuruşa bilir.
Xüsusilə, gənclər bu iki qəzeti boykot etməli, onlara əsla dəstək verməməlidirlər!
Bu qəzetlərdə çalışan tək-tük talantlı və işıqlı insanlar isə iş yerisiz qalmaqdan qorxmamalıdırlar. Talant və işıq heç vaxt itmir və yerdə qalmır".

mövqe, facebook, KİV

Previous post Next post
Up