Tura Dünyamalıyeva: "İnanmırsınız hə,o Rusiyadakı oğlanın cinayət törətdiyinə??..Amma mən inanmaq üçün çox əsas görürəm..Bizim tərbiyə sistemimiz bütünlüklə hər insanın içində bir əxlaqsız,bir cinayətkar yetişdirir..Gözümüzü üstündən çəkərsək mütləq əyri yola düşəcək düşüncəsi ilə illər boyu uşaqlarımızın beynində bu cinayəti proqramlaşdırırıq.Ona görə də qızlarımız evdən çıxıb tanınmadığı yerə düşüncə əxlaqsıza,oğlanlarımız isə çörək qazanmaq adıyla ən axırıncı yollara gedə bilirlər. Moskvada gördükləri aşağılanmalara,zəhmətə öz ölkəmizdə də qatlansalar həmin çörəyi qazana bilərlər..onları Rusiyaya çəkən əsas səbəb tanıdıqlarının gözündən,qınağından uzaq olub beynindəki o proqramı istədiyi kimi həyata keçirə bilməkdi.Cəmiyyətimizin ,tərbiyə sistmemimizin gənclərimizə vurduğu zərbə hakimiyyətin elədiklərindən heç də geri qalmır...(("