Bir sahibkarın

Oct 04, 2013 10:38

dedikləri: «Moskvadan 2 vaqon parket gətirmişdim. Sumqayit yolunun üstündə olan gömrük idarəsində rəisin yanina girdim. Dedim mənim malim gəlir, amma gecikir. Dedi gecikməməsi üçün gərək bu yandakı otaqdakı adamlarla danışasan.
Dedim bəs Siz buranın rəisi deyilsiz? Güldü…» mən maaşa işləyirəm bala, bu iş mənlik deyil onlarla danışa bilsən problemin olmayacaq, danışa bilməsən mümkün deyil». Mən getdim deyilən otaga. Otagın adı yox. İçərisindəki adamlarla söhbət etdim. Adları heç yerdə, yox heç yerin işçisi deyillər. Mənə 12500 dollar «Leviy» gömrük haqqı dedilər.
Sonra qayıtdım bu rəisin yanına ki, a kişi bunlar küçə adamlarıdır, mən 12500 pulu buna necə verim, səhər gəlim görüm yoxdur, onda nə edərəm?
O mənə dedi ki, sən 12500 onlara verən kimi mən sənə qəbz verəcəyəm ki, sən bu mal üçün 1800 dollar pul ödəmisən. Və malın buraxılşının bütün xərcləri o 12500-ün icindədi. Hətta inspektor vagon acılanda gələcək, ona da pul verməyəcəksən. Nə isə, malım yolda idi. Artıq Yalamaya çatmışdı, çarəm qalmadı verdim, 12500 həmin adsız adamlara. O saat mobil telefonla Yalamaya zəng etdilər, Mənim vagonlarım ondan sonra Keşlə yük stansiyasına gəldi. Bir də malımın aşağı qiymətlərlə invoysunu duzəltməyimi istədilər. Mən də düzəldib verdim. Onu da Yalamada rəsmilşdirdilər. Yani oranın gömrük möhürü vuruldu, invoysun uzərinə. Bəli, o rəisin dediyi kimi oldu. O saat bütün sənədlərimi bir neçə saatın içində yazdılar. Gömrük sistemi belə işləyir. 12500 - 1800 (dövlətə) = 10700 rüşvət. (Əbülfəz Məlikova)».

ölkə, korrupsiya

Previous post Next post
Up