Qəhrəman anama

Sep 02, 2013 10:39


Şerin müəllifi Kürdəxanı həbsxanasında cəza çəkən gənc siyasi məhbus, N!DAçı Zaur Qurbanlıdır.

Alim qızı kimi doğulmaq
Şəhər qızı kimi böyümək
Kənd gəlini kimi yaşamaq
Adi, adidən də adi rayon qadını olmaq.


Yenə səhər
Yenə axşam
Yenə səhər
Yenə övlad
Yenə zəhər...
Kim deyərdi ki
bu qadının oğlu suyasi məhbus olacaq?!
Kim deyərdi ki
bu qadın siyasətə qoşulacaq?!
Bilmirəm, ana
Bilmirəm səni hərəkət etdirən nədir?
Heyvani analıqmı?
Gəncliyindən ürəyində qalan Azadlığa canatmamı?
Yoxsa şöhrətərəstlik
Yeni əsər yaratma mı?
Bilmirəm
Heç bilmək də istəmirəm.
Türməyə göndərdiyin yeməkləri Yemək istəmirəm
Çünki o yeməklərdə
mənə həsrətin yazılıb qazanın dibinə.
Dibi görmək istəmirəm
Eləcə baxıram yeməyə
Əlimi qoyub sən alanda dəfələrlə öpdüyün şortikin cibinə.
Sən axı təkcə ana deyilsən mənə.
Sən mənə oğlu üçün 56 yaşında İnqilabçı olan adi qadınsan
Sən bu ölkənin yazıq qadın adının
Bəlkə də xilaskarısan
Bəlkə də inqilabçılığı da övlad sevgisi ilə seçərək
Bu adın matəmisən, yasısan.
Ama yox mən əminəm
Sən xilassan.
Çünki nə qədər mənlə həbsdə olsan da
280 təzyiqlə olumla ölüm arasında qalsan da
Prezident arvadına müraciəti rədd elədin
Mən həbsdə qalsam da.
Bax bu fikrin inandırır ki
Sən ümidsən işıqsan
“Azərbaycanda qadınlar ölməyib” adlı...
Yeməklərin də
qazanın dibində
həsrətin də
Bu adın qədər dadlı.
İndiyə qədər etdiyin Bütün fədakarlıqlar
Bu sonuncudan aşağıda durur
Çünki
min illərlə alçalan Azərbaycan qadınına cəmi iki şey verirsən:
ümid və qürur.
Yeməyin duzunu az elə, ana
Onsuz da göz yaşların hər aldığım qaşıqda yayılır cana.

yeni ədəbiyyat, ölkə, şeir

Previous post Next post
Up