Doğrudan iyrənclikdir. Müqəddəs işlərlə məşğul olan 14 yaşlı məsum qızcığazın gicgahına "uf" demədən güllə sıxan vəhşilərə qarşı etiraz aksiyaları niyə təşkil olunmur? Dilləri niyə gündəyməzlərinə girib "hicaba azadlıq!" bağıran islam keşikçilərinin? Necə olur, hansısa yaramazın bir filminə, başdanxarabın karikatirasına görə az qala dünyanı başımıza uçuracağanız halda, bu vəhşiliyə susaraq, bəlkə də daha çox sevinərək reaksiya verirsiniz? Belə hallarda dilinizi dinməzinizə soxduğunuza görədir ki, bütün mütərəqqi dünya taliban vəhşilərinin bu iyrənc əməlinə "əsl islam budur!" deyərək qiymət verir. Ən qəribəsi də odur ki, bu hadisəyə ən kəskin reaksiyanı məhz "gavurlar" adlandırdıqları mütərəqqi Qərb dünyası verib. Amma hələ də Pakistanın özündən başqa (o da yəqin ki, utandığından) heç bir müsəlman ölkəsi bu vəhşiliyə qarşı rəsmi etirazını bildirməyib. Buyurun, dünya müsəlmanları, ya üzərinizdəki taliban ləkəsini təmizləyin, ya da "əsl islam budur!" yarlığından zövq almaqda davam edin...
P.S. Bu arada
Pakistan hökuməti Malala Yousafzai`a qarşı terror törətmiş talibançıların tapılmasına yardımçı olacaq şəxs(lər)ə 105 000 ABŞ dolları məbləğində mükafat vəd edib. Mənim isə bu müqəddəs qızcığaza şəfa diləməkdən başqa, təəssüf ki, əlimdən heç nə gəlimir...