Bu gün daha bir istedadlı şairin yaradıcılığı ilə tanış oldum.
Facebook`da mövcud kütlənin içərisində maraqlı və istedadlı adamlar da var:
Bir gün
polislər döyəcək qapımı
aparacaqlar məni MCQMİ-yə
və yalnız ondan sonra
başlayacaq azərbaycanlı ömrü
Döyəcəklər
döyəcəklər
zorlayacaqlar
içimdən yıxacaqlar məni
Sonra atacaqlar
küçənin ən qaranlıq yerinə
bu azadlıq olacaq
sonra mən qəhrəman olacam
qəzetlər məndən yazacaq
yaşıdlarıma məni örnək göstərəcəklər
Ama onda mən - mən olmayacam
Çıxacam kütlə önünə
və ümid edəcəm ilhamlı gələcəyə