DÜNYA

Aug 10, 2012 15:04

Fələk zad eləyib şey oxuyanda,
Hər şeyin zadına şey olan dünya.
Namərdi şey olar mərdi zad olar,
Həmişə zadına ney olan dünya.

Dərya tək şey olar, bir zada gəlməz,
Şeyi zad kimidir, heç zadı bilməz.
Zad üçün ağlamaz şey üçün gülməz,
Zadın badəsində şey olan dünya.

Coşqun Murad, şeydi, zad qara gəldi.
Zadın şeyə döndü, dad qara gəldi.
Əzrayıl zad qurdu, yad qara gəldi,
Şeyin "əlif"ində "bey" olan dünya.

Murad Köhnəqala

yeni ədəbiyyat, şeir

Previous post Next post
Up