Jun 14, 2012 10:47
Yəqin fikir vermisiniz, metrostansiyaların içərisi çoxlu reklam şitləri, plakatlarla doludur. Əsasən təhsillə bağlı, daha doğrusu, kurslarla (xarici dil, kompüter texnologiyaları və s.) bağlı reklam və elanlar çoxluq təşkil edir. Dünən axşam metroya girəndə uzaqdan eskalatorun yanında vurulmuş reklam plakatını oxumağa cəhd etdim. Gözümdə də gün eynəyi var. Elanı oxuyanda həm təəccübləndim, həm də gülməkdən özümü saxlaya bilmədim. Uzaqdan elanı bu cür oxudum: Masturbasiyaya hazırlıq. Gözlərimə inanmadım. Sonra yaxınlaşıb baxıb görürəm ki, sən demə plakatda magistraturaya hazırlıq yazılıbmış:))
mırt