"İçək sərçələrin sağlığına". Məqalə başqa bir biabırçı hadisəni yadıma saldı.
"Tarixi tədqiqatlar göstərir ki, Azərbaycan, konkret olaraq Naxçıvan ərazisi Nuh tufanından sonra həyatın başlandığı yerdir". Bu sözləri AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov 2009-cu ildə Vasif Talıbovun təşəbbüsü ilə Naxçıvanda keçirilən
"Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan" simpoziumda bir çox xarici ölkə "alim"lərinin qarşısında söyləyəndə, mən şeyx həzrətlərinin niyə soğan biznesi ilə məşğul olmasını anladım. Adamın çörəyini əlindən alandan sonra nə etməlidir? Əvvəllər elə bilirdim tarix də fizika, kimya, biologiya kimi dünyəvi elmdir, onun Adəmin, Nuhun, İsanın, Musanın və s.-in bazarında nə işi ola bilər? Amma Azərbaycan professorları sübut etdilər ki, əsl nağıl kitabı 1902-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş böyük alman tarixçisi Theodor Mommsen`in yazdığı
"Roma tarixi" əsəri imiş...
Bax belə, tarixi Nuhun tufanından başlayan xalqın professorları ancaq sərçələrin sağlığına içər. Amma Nuh hara, araq hara? Bəlkə Nuh da yaman vuran olub, nə bilmək olar?))))